Əlaqə Arxiv
news Image
2014.05.09
13:00
| A A A
Tovuzda kütləvi zəhərlənmə: 7 şagird xəstəxanada - YENİLƏNİB

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib. Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Vahidli kəndində 7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Valideynlərin bildirdiyinə görə, uşaqlar məktbin yaxınlığında olan mağazadan "suxarik" alıb yeyiblər. Bundan sonra onlarda ürəkbulanma və qusma halları müşahidə olunub.Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan şagirdlərə tibbi yardım göstərilib. 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadənin vəziyyəti daha ağır olduğundan onlara sistem köçürülüb.Xəstəxananın həkimi Aybəniz Dəmirovanın sözlərinə görə, hazırda xəstələrin vəziyyəti normaldır. Həkim bildirib ki, zəhərlənməyə  saxlanma müddəti ötmüş "suxariklər" səbəb ola bilər.

Sizin Reklam Yeriniz