Əlaqə Arxiv
news Image
2014.05.09
15:57
| A A A
Bakıda bu yollar bağlanacaq-Siyahı

Fransa prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, Fransa prezidenti Fransua Ollandın mayın 11-də Azərbaycana səfəri ilə əlaqədar paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.V. Əsədov sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.

Sizin Reklam Yeriniz