news Image
2014.05.09
18:04
| A A A
Tələbələrə şad xəbər
Təhsil Nazirliyindən tələbə qrantları və kreditləri sisteminin işə salınması ilə bağlı açıqlama veriblər. 

Movqe.az xəbər verir ki , nazirlikdən bildiriblər ki, aztəminatlı ailələrdən olan tələbələrin təhsil almaq imkanlarının artırılması və stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən təhsil qrantları və kreditlərinin verilməsi mexanizminin hazırlanması üzərində işə başlanılıb. Nazirlikdən həmçinin hansı tələblərin bu imkanlardan yararlana biləcəkləri məsələsinə də aydınlıq gətiriblər:

"Tələbə qrantları və kreditlərinin verilməsi üçün tələbələrin təhsildə göstərdikləri akademik nailiyyətləri əsas götürüləcək. İctimaiyyətə isə bu barədə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinın iclasında çıxışı zamanı bildirib ki, növbəti akademik ildən başlayaraq, Təhsil Nazirliyi öz imkanları hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və kreditləri sisteminin işə salınmasını planlaşdırır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs