Faşizm üzərində qələbənin 69 illiyi Gəncədə də təntənə ilə qeyd edilib
Faşizm üzərində tarixi qələbənin 69-cu ildönümü Gəncədə də təntənə
ilə qeyd edilmişdir. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun
məzarı qarşısına yüzlərlə insan, eləcə də ikinci dünya
müharibəsinin od-alovundan qəhrəmanlıqla keçmiş və sinəsini
müxtəlif orden və medallar bəzəyən müharibə veteranları
toplaşmışdılar. Onlar ölkəmizdə müharibə veteranlarına göstərilən
diqqət və qayğıdan danışaraq hər il onların sosial müdafiəsinin
yaxşılaşdırılması məqsədilə birdəfəlik yardımın, eləcə də pulsuz
mənzil və avtomaşınların verilməsini yüksək dəyərləndirərək bütün
bunlara görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq
edirdilər.
Bayram tədbiri Böyük Vətən müharibəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Şəhər ictimaiyyətinin nümayəndələri Sovet İttifaqı Qəhrəmanı İsarafil Məmmədovun abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoymuşlar. Əsgərlərin havaya açdıqları yaylım atəşindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev veteranlarla görüşüb söhbət etmiş, onların problemləri ilə maraqlanmışdır. Şəhərdə görülən genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə minnətdarlıq edən müharibə veteranları arzu və təkliflərini də bildirmişlər.
Sonra "Şahin" hərbi idman oyunlarında iştirak edən məktəblilərin paradı olmuşdur. Paraddan sonra Xan bağında şəhər uşaq yaradıcılıq mərkəzi üzvlərinin qəhrəmanlıq və vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir.