Əlaqə Arxiv
news Image
2014.05.10
11:10
| A A A
“Eurovision-2014” iştirakçıları açıq məşq keçiriblər (FOTO)
Ötən gün "B and V" Arenanın səhnəsində "Eurovision-2014" mahnı müsabiqəsinin finalında çıxış edəcək iştirakçıların mətbuat üçün açıq məşqi keçirilib.

Movqe.az Azertac-a istinadən xəbər verir ki , ötənilki yarışmanın qalibi kimi finala birbaşa vəsiqə qazanmış Danimarka və "Böyük beşlik" təmsilçiləri də daxil olmaqla, finalda iştirak edəcək 26 ölkə "B and V" Arenanın səhnəsində bir-birinin ardınca məşq ediblər.

İlk olaraq səhnəyə çıxan "Eurovision-2014" şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlayıblar. Ötən il İsveçin Malmö şəhərində keçirilmiş "Eurovision-2013" mahnı müsabiqəsində qələbə qazanan Emmelie de Forest "Only teardrops" mahnısını tamaşaçılara təqdim edib.

Daha sonra səhnəyə "Tick tock" mahnısı ilə Ukrayna təmsilçisi Mariya Yeremçuk çıxıb. Mahnının birgə bəstəkarı olan isveçli Sandra Byurman və Stefan Örn Səfurə Əlizadənin 2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilən "Eurovision" müsabiqəsində ifa etdiyi "Drip drop" və 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən bu mötəbər yarışmada ölkəmizə qələbə qazandıran Eldar Qasımov və Nigar Camalın "Running scared" mahnılarının da müəllifləridir.

Mətbuat nümayəndələri üçün keçirilmiş məşqlərdə Azərbaycan təmsilçisi Dilarə Kazımova 3-cü nömrə altında Stefan Örnün bəstələdiyi "Start a fire" mahnısını təqdim edib. Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər səhnə performansında təcəssüm olunur. İnsanların bir-birinə, ətrafındakılara qarşı daha duyarlı olmasına çağırılır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır.

Məşqlərdə, həmçinin yarışmanın final mərhələsi üçün hazırlanmış xüsusi şou da mətbuat nümayəndələrinə təqdim edilib.

Qeyd edək ki, mayın 10-da Bakı vaxtı ilə gecə saat 00.00-da "B and V" Arenada müsabiqənin final şousu başlayacaq.









Sizin Reklam Yeriniz