Əlaqə Arxiv
news Image
2014.05.10
12:23
| A A A
Bu qız metroda dava saldı (VİDEO)
Kanadada metroda gözlənilməz hadisə baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Kanadanın Edmonton şəhəri metrosunda qatarlardan birində əyləşən qız gözlənilmədən yanındakı kişiyə hücum edib.

Əsəb gərginliyi keçirən qız qəflətən yanındakı kişinin boğazına yapışıb. Kişi gözlənilməz hərəkətdən özünü itirsə də, lakin sonra onu itələyərək uzaqlaşdırmağa müvəffəq olub. 

Onların qarşısında əyləşən digər sərnişin isə həmin anları mobil telefonuna videogörüntü olaraq qeyd edərək sosial şəbəkədə paylaşıb. 

Hücuma məruz qalan kişi isə öz növbəsində qızı vurub və qatarın ortasına yıxıb. İşin ciddiliyini başa düşən polislər araya girməli olublar. Qızın bir anda niyə belə etdiyi isə məlum olmayıb.

Həmin görüntüləri təqdim edirik:



Sizin Reklam Yeriniz