Əlaqə Arxiv
news Image
2014.05.10
13:01
| A A A
İlham Əliyev Fəxri Xiyabanda
Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edib.
Dövlət başçısını xanımı Mehriban Əliyeva və ailə üzvləri də müşayiət edib.
Prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarlarını ziyarət edib.

Prezident ümumilli lider Heydər Əliyevin, Zərifə Əliyevanın məzarı önünə əklil qoyub, onun xatirəsini hörmətlə yad edib.

Azərbaycanın görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasından 91 il keçir.

Movqe.az xəbər verir ki , Heydər Əlirza oğlu Əliyev 10 may 1923-ci il tarixdə Naxçıvanda anadan olub. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş Heydər Əliyev 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. 1964-cü ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş general-mayor Heydər Əliyev bu vəzifəyə gətirilmiş ilk azərbaycanlı olub. 1969-cu ildən Azərbaycana rəhbərlik edən Ulu Öndər 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib. Həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri olub.


1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib, siyasi fəaliyyətini bir müddət dondurub. Lakin 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciədən sonra yenidən siyasi fəaliyyətə qayıdıb, faciənin ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulundan Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edib.

Yeni Azərbaycan tarixinin ən çətin dönəmində - 1993-cü ilin iyununda baş vermiş siyası böhranla əlaqədar o zamankı respublika rəhbərləyi tərəfindən Bakıya siyasi rəhbərliyə dəvət edilən Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını ala bilib və xaosu dayandırıb. 1993-cü il oktyabrın 3-də keçirilən seçkidə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ölkənin xırda oyuncaq rejimlərə bölünməsi təhlükəsini aradan qaldırıb. Atəşkəs rejimi imzalamaqla Azərbaycanı iqtisadi və siyasi böhrandan xilas etmək üçün tutarlı addımlar atıb. Məhz onun gərgin əməyinin nəticəsində bir sıra beynəlxalq şirkətlərlə "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalanıb, bununla da Azərbaycanın iqtisadi və siyasi suverenliyinin əsası qoyulub. 12 dekabr 2003-cü ildə sıralarımızı tərk edən Heydər Əliyevin xatirəsi əbədi olaraq Azərbaycan xalqının yaddaşına həkk olub. Zaman keçdikcə, tarix durulduqca Azərbaycan xalqı Ulu Öndərin xilaskarlıq missiyasının dövlətçiliyimizə verdiyi töhfələri daha dərindən anlayır.

Sizin Reklam Yeriniz