news Image
2014.05.10
13:00
| A A A
Londonda Heydər Əliyevin 91 illiyi ilə bağlı tədbir keçirilib
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Movqe.az xəbər verir ki , tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun, yerli və xarici ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, sabitliyin bərqərar olunmasındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş dahi şəxsiyyət Heydər Əliyev hər bir vətənpərvər azərbaycanlının qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənsevərliyi və digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Ulu Öndərin sarsılmaz iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir müstəqil Azərbaycan inkişaf yoluna çıxıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgənin lider dövlətinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilib.

Diplomat, bu il eyni zamanda, bir sıra layihələri uğurla gerçəkləşdirən, mühüm xeyriyyəçilik fəaliyyəti və cəmiyyətə layiqli xidmətləri ilə seçilən Heydər Əliyev Fondunun yaradılmasının 10 ilinin tamam olduğunu diqqətə çatdırıb.

Səfir həmçinin, Britaniya-Azərbaycan münasibətlərinə toxunub, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının məhz ulu öndərin adı ilə bağlı olduğunu vurğulayıb.

Daha sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.

Mərasim salonunda Ümummilli Liderin həyat və faliyyətindən bəhs edən kitablar və fotosərgi nümayiş etdirilib. 



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs