Əlaqə Arxiv
news Image
2014.05.10
16:23
| A A A
Hava şarı yanaraq yerə düşdü
Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında hava şarının qəzaya uğraması nəticəsində 3 nəfər itkin düşüb. Movqe.az xəbər verir ki, NBC telekanalının məlumatına görə, hava şarı havada olarkən alışaraq yanmağa başlayıb və yerə düşüb.

Hadisə Kerolayn şəhərində hava şarları festivalı zamanı baş verib. Hava şarının yanmış qalıqları və göyərtədə olan 3 nəfər hələ aşkar edilməyib.

İlkin məlumatlara görə, hava şarı elektrik enerjisi naqillərinə ilişdikdən sonra alışıb. Axtarışlar davam edir.
Sizin Reklam Yeriniz