news Image
2014.05.10
17:15
| A A A
Mer: "Güllərin 80 faizi pulsuz göndərilir”
"Bakıya gül göndərən yerli və xarici gül firmalarının 80 faizi bu aksiyada pulsuz iştirak edir".
Movqe.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Onun sözlərinə görə, həmin firma nümayəndələrinin yalnız otel və digər xərcləri ödənilir: "Xaricdən gələn güllər həmin şirkətlərin öz hesabına gəlir və nümayiş etdirilir. Gül bayramı üçün Azərbaycanın sarı mətbuatında yazılan pulların heç yüzdə biri xərclənməyib. Sadəcə, həmin adamlar özlərini sarı mətbuatda göstərmək istəyirlər. Bu güllərdə Heydər Əliyevin sevgisi və məhəbbəti yaşayır".

Qeyd edək ki, mer Bu gün Bakıda keçirilən Gül bayramı ilə əlaqədar Azərbaycana dünyanın müxtəlif ölkələrindən 6 milyon gül gətirildiyini qeyd etmişdi. İcra Hakimiyyətinin başçısı, Azərbaycana hətta Afrikadan da güllər gətirildiyini açıqlayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs