news Image
2014.05.10
20:02
| A A A
3 milyon özbək Rusiyaya gedib
Ötən il Özbəkistandan Rusiyaya işləmək üçün 3 milyon nəfər gedib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Özbəkistandakı səfiri Vladimir Tyurdenev Podrobno.uz saytına verdiyi açıqlamada bildirib. 

Onun sözlərinə görə, hazırda Rusiyada 11 milyon xarici vətəndaş yaşayır. Onlardan 3 milyonu özbək millətindən olanlardır. 

Federal Miqrasiya Xidmətinin verdiyi məlumatda bildirilir ki, həmin şəxslərdən cəmi 54O min nəfərinə işləmək üçün icazə verilib. Onların yalnız 740 nəfəri patent siyahısındadırlar. 

Səfir ötən il Rusiyanın banklarından Özbəkistana göndərilən pulun miqdarını da açıqlayıb: 6,6 milyard dollar. 

Son statistik göstəricilərə görə Özbəkistan əhalisinin sayı 30 milyondan artıqdır. Ötən il üçün əhalinin orta aylıq gəliri 85 dollar civarında dəyişir.