Əlaqə Arxiv
news Image
2014.05.10
21:05
| A A A
Dünyada milyardlarla insan tualetdən istifadə etmir
Dünyada milyardlarla insan tualetdən istifadə etmir.

Movqe.az ANS PRESS-ə isitnadən xəbər verir ki, BMT ekspertləri bütün dünyada milyarda yaxın insanın hələ də tualetdən istifadə etmədiyini deyir. Onların fikruncə, məhz bu fakt xolera və hepatit kimi potensial ölümcül xəstəliklərə gətirib çıxarır.

YUNİSEF və Ümumdünya Sağlamlıq Təşkilatından bildirilir ki, əhalinin çox kasıb təbəqəsinin sanitar şərtlərinin yaxşılaşdırılması, əsasən də tualetlərin yaradılmasına diqqət yönəldilib. Lakin sakinlər çox zaman bu yeniliklərə məhəl qoymurlar.

Misal üçün, Hindistanda 600 milyon insan hələ də ifrazatlarını küçədə boşaltmağa üstünlük verirlər. Sanitar şərtlərin yaxşılaşdırılması üçün bu ölkədə xərclənən milyard dollarlar bu problemi həllinə kömək etməyib.

BMT-nin məlumatında eyni zamanda Banqladeş və Vyetnamda təbii ehtiyacı harada gəldi ödəmək ənənəsinin kökü praktiki olaraq son 20 ildə kəsilib.


Sizin Reklam Yeriniz