news Image
2014.05.10
21:00
| A A A
Heydər Əliyev Fondu "Qabusnamə"ni iki dildə nəşr etdirib
Heydər Əliyev Fondu bir çox Şərq ölkələrində məşhur olan "Qabusnamə" kitabını Azərbaycan və rus dillərində nəşr etdirib.

Movqe.az xəbər verir ki , Fonddan verilən məlumata görə, kitabın bu nəşri Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, "Qabusnamə" tərbiyəyə və etikaya aid mühüm məsələləri özündə ehtiva edən etik-didaktik əsərdir. Bu əsəri 1082-1083-cü illərdə Azərbaycanın cənubunda, indiki İranın şimalında yerləşən Gilan dövlətinin padşahı Ünsürülməali Keykavus oğlu Gilanşaha müraciətlə yazıb. Nəsihət janrında yazılmış əsər üslubu sadə olmaqla yanaşı, canlı və əyləncəli ifadə edilmiş hekayələrdən, müdrik müəllif kəlamlarından ibarətdir.

"Qabusnamə" orta əsrlərdə hökmdarların, din xadimləri, elm adamları və müəllimlərin masaüstü kitabı olub. Bu əsər mənəviyyat qaynağı olaraq əsrlər boyu gənc nəslin tərbiyəsində mühüm rol oynayıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs