Əlaqə Arxiv
news Image
2014.05.11
10:08
| A A A
Dilarə uğurla çıxış edib (VİDEO)
Bu gün Danimarkanın paytaxtı Kopenhagendə "Eurovision 2014" mahnı müsabiqəsinin final mərhələsi keçirilir.

Movqe.az xəbər verir ki , Azərbaycanın "Eurovision 2014" mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova yarışmanın final mərhələsində üçüncü nömrə altında uğurla çıxış edib.

Dilarə Kazımova isveçli Stefan Örnün bəstələdiyi "Start a fire" mahnısını təqdim edib.
Təmsilçimizin şousunda təmiz, ülvi hiss olan sevgidə baş verən dəyişikliklər səhnə performansındakı qapalı qutuda təcəssüm olunur, insanlar bir-birinə, ətrafındakılara qarşı daha duyğulu olmağa çağırılır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır.

Qeyd edək ki, finalda iştirak edən 26 ölkənin səhnəyə çıxma ardıcıllığı belədir: Ukrayna, Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Çernoqoriya, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Hollandiya, San-Marino və Böyük Britaniya.


Sizin Reklam Yeriniz