Əlaqə Arxiv
news Image
2014.05.11
12:01
| A A A
Bakı-Şabran yolunda ağır qəza: ölən var
Bu gecə Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Şabran rayonunda Bakı-Şabran avtomobil yolunun 129-cu kilometrliyində "Mercedes" və "Nissan" markalı 2 minik avtomobili toqquşub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, iki avtomobildə birlikdə 5 nəfər sıxılaraq qalıb və "Mercedes" markalı avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış 5 nəfər yaralıları, habelə "Mercedes" markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Hüseynov Nəriman Mənsur oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 
Sizin Reklam Yeriniz