news Image
2014.05.11
12:00
| A A A
Azarkeş futbolçu getməsin deyə ağladı
"İnter"in əfsanəvi futbolçusu Xavier Zanetti futbol kariyerasını başa vurub. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İtaliyanın güclü klublarından olan "İnter'in Argentinalı əməkdar futbolçusu Xavier Zanetti 19 ildir formasını geydiyi klubla vidalaşıb. 

"Latsio" matçı ilə futbolla vidalaşan 40 yaşlı futbolçu "İnter"li azarkeşləri kədərləndirib.

Matçın son dəqiqələrində isə "İnter"li azarkeşlərdədn biri meydana girərək gözyaşı içində argentinalı ulduza futbolla vidalaşmamağı üçün yalvarıb. 

Azarkeş Zanetti ilə qısa bir müddət danışdıqdan sonra təhlükəsizlik işçiləri tərəfindən meydandan uzaqlaşdırılıb. 

Qeyd edək ki, Zanettinin vida matçında "İnter" "Latsio"nu 4-1 hesabı ilə məğlub edib.