Əlaqə Arxiv
news Image
2014.05.11
13:12
| A A A
Putin xokkey oynadı (VİDEO)
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Soçidə təşkil edilən xokkey festivalının final matçında iştirak edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Putin xokkey meydançasına "Gecə Xokkey Liqası Ulduzları" komandasının əsas oyunçusu olaraq çıxıb. Bu barədə "R-Sport" qəzeti xəbər yayıb.

Putindən başqa meydançaya Rusiyanın bir sıra vəzifəli şəxsləri də çıxıblar. Bir çox idman növlərində məharətini göstərən Rusiya prezidenti xokkeydə də bacarıqlı olduğunu nümayiş etdirib.

Qeyd edək ki, 3-10 may tarixləri arasında keçirilən həvəskar komandalar arasındakı "Gecə Xokkey Liqası" çempionatı 2011-ci ildə Putinin təşəbbüsü ilə yaradılıb. 


Sizin Reklam Yeriniz