news Image
2014.05.11
16:00
| A A A
Konçita əslində kimdir? (FOTO)
Danimarkanın paytaxı Kopenhagendə keçirilən "Eurovision 2014" mahnı müsabiqəsi başa çatdı.Movqe.az  ANS PRESS-ə istinadən xəbər verir ki , qalib avstriyalı Konçita Vurst oldu. Onun ifa etdiyi "Rise Like a Phoenix" ( Simurq quşu kimi yüksəl) mahnısı 290 balla birinci oldu. 

"Saqqallı xanım" kimi tanınan tarnsseksual müğənni Konçita Vurst əslində kimdir? Çoxlarının dünyanın sonu əlaməti kimi qəbul etdiyi Konçita (Conchita Wurst) bundan əvvəl kişi musiqi qrupunun lideri Tom Nevirt (Tom Neuwirth) kimi tanınıb. 

Konçita, yəni Tom uşaq yaşlarından "Eurovision" mahnl müsabiqəsinin fanatı olub. "Hər kəs həyatını parlaq edə bilər", müğənni BBC-yə deyib.

Amma onunla heç də hamı razı deyil - Conchita bu yaxınlarda internetdə transfobik istifadəçilərlə üzləşməli olub. Rusiya, Ermənistan və Belarusdan olan mühafizəkar etirazçılar müsabiqəni "sodomiya ocağı" adlandırıblar.
Celine Dion-un pərəstişkarı olan müğənni "Rise Like a Phoenix" ( "Simurq quşu kimi yüksəl") mahnısı ilə cümə axşamı yarımfinalında çıxış edəcək.
Mahnıda "çətinliklərdən dərs götürmək" məsləhəti verilir.

Konçita və Tom


Konçita




Tom


Tom 


Konçita