Əlaqə Arxiv
news Image
2014.05.11
19:05
| A A A
Klipmeyker Rəhman müğənnini ağlatdı (FOTO)
Gənc rokçu Ümman yeni mahnısının klip çəkilişi üçün kameralar qarşısına keçib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, klip "Zərrə-zərrə" adlı lirik mahnıya çəkilib. İfaçı növbəti klipinin çəkilişləri zamanı ağlamalı olub. Onu buna klipin rejissoru Rəhman Əliyev məcbur edib. 

Sözləri Sahibə Rəşidə, musiqisi Valeh Əhmədə aid olan mahnıya klipin çəkilişləri Bakıda açıq havada çəkilib. 

Xəyanətdən bəhs edən mahnının klipindədə Ümmanın tərəf müqabili olmayıb. Çəkilş zamanı müğənni üç geyim dəyişib. Montaj prosesinə bu gün start verilən klip qısa vaxta təqdim ediləcək. 







Mənbə
Sizin Reklam Yeriniz