Əlaqə Arxiv
news Image
2014.05.11
21:40
| A A A
"Oskar" satıldı (FOTO)
Məşhur kinooperator Qreqq Tolandın "Oskar"ı satılıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Los-Ancelesdəki hərracda 1939-cu ildə məşhur amerikalı kinooperator Qreqq Tolandın aldığı "Oskar" heykəlciyi Nate D.Sander hərrac evində satışa çıxarılıb.

Kino sənayesində ən görkəmli operatorlardan biri hesab olunan Tolandın "İldırımlı aşırım" filminə görə aldığı qızıl heykəlcik 150 min dollara satılıb.

Hərracda satılan əşyalar arasında Con Lennonun paltosu (31,2 min dollar) və amerikalı aktyor Con Ueynin kovboy şlyapası (37,5 min dollar) da var. Ledi Qaqanın epatajlı geyimi isə 15,6 min dollara satılıb.

Toland 40-cı illərdəki "Vətəndaş Keyn" və "Ömrün ən yaxşı illəri" filmləri üzərindəki işinə görə də məşhurdur.





Sizin Reklam Yeriniz