Əlaqə Arxiv
news Image
2014.05.11
22:08
| A A A
Şimal rayon sakinlərinə xoş xəbər (VİDEO)
Qubada coxkanallı rəqəmsal stansiya istifadəyə verilib.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Bakı və Gəncədən sonra şimal bölgəsinin əhalisi də kommersiya yönümlü çoxkanallı verilişləri izləyə biləcəklər.

Heydər Əliyevin doğum günü münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xəttilə Quba rayonunun Dağlı kəndində yeni teleradio yayım stansiyasında kommersiya rəqəmli çoxkanallı, keyfiyyətli televiziya xidməti istifadəyə verildi. Nazirliyin Teleradio İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov buradakı stansiyanın bölgə üzrə yayım dairəsini açıqladı.

Mikayıl Abbasovun sözlərinə görə, Bakı və Gəncə şəhərindən sonra Quba televiziya stansiyasında qurulmuş 4 televiziya vericisi vasitəsilə "EMPQ" standartında, "T1" və "T2" formatında yüksək keyfiyyətli 90-dan artıq televiziya kanalları bu gün Qusar, Quba, Xaçmaz, Şabran rayonlarını və ətraf ərazilərdə yaşayan bölgələri tam əhatə edir: "Hazırda istifadəyə verilmiş vericilərin istismarından sonra əhali artıq yerli kanallarla yanaşı, 90-dan artıq xarici kanala birbaşa baxmaq imkanı əldə edəcək".

Yeni xidmətin aylıq ödəniş haqqı 6 AZN-dir. Bu xidmətə qoşulmaq istəyən vətəndaşlar müvafiq qəbuledici qurğuları istənilən elektronika mağazalarından əldə edə bilərlər. Nazirlik nümayəndəsinin dediyinə görə, bu qəbilli yeni xidmətlər ilin sonunacan Lənkəran və Zaqatala rayonlarında da istifadəyə veriləcək.



Sizin Reklam Yeriniz