Əlaqə Arxiv
news Image
2014.05.12
13:19
| A A A
Azərbaycanda bəzi tarixi abidələr özəlləşdiriləcək

Bəzi tarixi abidələrin özəlləşdirilməsi nəzərdə tutulur. Movqe.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev jurnalistlərə açıqlamasında deyib.V.Əliyevin sözlərinə görə, bəzi yerli əhəmiyyətli abidələrin, məsələn, evlərin, ofislərin özəlləşdirilməsi nəzərdə tutulur: "Ancaq bu zaman onlarla Mədəniyyət və Turizm Nazirliyi arasında müqavilə bağlanması əsas şərt olacaq. Həmin abidələr o şərtlə özəlləşdiriləcək ki, onların qorunması təmin edilsin, gələcəkdə tarixi əhəmiyyəti itməsin. İnanıram ki, bu proseslər həyata keçiriləcək və qısa zamanda bu sahədə də dönüş olacaq".Nazir müavini deyib ki, hazırda Azərbaycada 7 mindən çox abidə dövlət tərəfindən qeydə alınaraq mühafizə edilir. Təxminən 2 min abidə yeni aşkarlanıb. Ancaq bütün abidələrin qorunub saxlanmasını təmin etmək müəyyən problem yaradır: "Bu baxımdan onların bəziləri baxımsız qalır. Amma ölkə Prezidentinin imzaladığı "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nda həmin adidələrin də qorunub saxlanması nəzərdə tutulur".

Sizin Reklam Yeriniz