Əlaqə Arxiv
news Image
2014.05.12
14:17
| A A A
Ana ölümü ilə bağlı nazirlikdən açıqlama-YENİLƏNİB

Səhiyyə Nazirliyi Astara Mərkəzi Rayon Xəstəxanasında baş verən ana ölümü ilə bağlı məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a açıqlamasında bildirib ki, baş verən hadisə barədə nazirliyə rəsmi məlumat daxil olu: "İndidən ana ölümününü hansı səbəbdən baş verdiyi barədə konkret fikir söyləmək olmaz. Çünki hadisə baş verdiyi andan 24 saat müddətində sənədlər nazirliyə təqdim olunur. Bundan sonra SN-nin Doğuşayardım Komissiyası tərəfindən hadisə araşdırılır. Eyni zamanda ananın hamiləlilk müddətində təqibi ilə bağlı sənədlər araşdırılır. Bundan əlavə ekspertiza tərəfindən iş aparılır. Yalnız bun nəticələr olduqdan sonra faktla bağlı konkret fikir bildirmək olar. Hazırda araşdırmalar aparılır". 

YENİLƏNİB-13:26:04

Azərbaycanda daha bir ana ölümü baş verib.  Bu barədə APA-ya Astara rayon Polis Şöbəsindən bildirilib.  Hadisə mayın 11-də Astara Mərkəzi Rayon Xəstəxanada qeydə alınıb.  Astara şəhər sakini Nərmin Əsgərova doğuşdan sonra dünyasını dəyişib. Körpənin vəziyyəti isə normaldır.  Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz