news Image
2014.05.12
15:18
| A A A
Xaricdə təhsil alanlarla bağlı yenilik
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı olaraq Proqram təqaüdçülərinin illik qeydiyyat formasında dəyişiklik edilib. Belə ki, proqram təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan keçməlidirlər.  Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Dövlət Proqramı təqaüdçüsü arasında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə uyğun tədris ili bitdikdən sonra 20 (iyirmi) təqvim günü ərzində illik tədrisin nəticələrinə dair rəsmi çıxarışlarla elektron qaydada hesabat təqdim edərək qeydiyyatdan keçəcəklər. Qeydiyyatla bağlı tələb olunan sənədlərə "Təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin rəsmi sənədi" (sənəddə növbəti tədris ilinin başlama və bitmə tarixləri (gün, ay və il göstərilməklə) qeyd olunmalıdır); cari tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript); növbəti tədris ilinin təhsil haqqına dair rəsmi invoys (olduğu təqdirdə) daxildir. Sadalanan sənədlər səliqəli şəkildə skan edilərək adlarına uyğun olaraq qeyd edilməlidir. Göndərilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müraciətçinin təhsil aldığı ali məktəbə sorğu göndəriləcək: "Türk, rus və ingilis dilindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunaraq təqdim olunmalıdır. Yalnız sənədlər tam şəkildə qeydiyyata alındıqdan sonra növbəti tədris ili üçün yaşayış və təhsil xərclərinin ödənişi mümkün olacaq". 
 
Təhsil Nazirliyindən qeyd edilib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs