news Image
2014.05.12
17:02
| A A A
Hacıbala Abutalıbovdan bağçalarla bağlı yeni qərar

Bakı Şəhər İcra Hakimiyyəti tabeliyindəki bağçalarda çalışan işçilər üçün vahid geyim forması tətbiq edib. Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov Movqe.az-a bildirilib ki, geyimin tətbiq olunmasında məqsəd uşaqlarla işləyən işçilərin ekoloji baxımdan təmiz geyimlə, eyni zamanda, onların rahat şəraitdə işləməsini təmin etməkdir. Pambıq parçadan hazırlanan geyimlər müxtəlif rənglərdədir. Eyni bağçada çalışan işçilər eyni stildə, lakin müxtəlif rənglərdə hazırlanan geyimlər geyinirlər. Müəssisədən bildirilib ki, bağçalarda işləyən müəllimlər, dayələr, eləcə də texniki işçilərin hamısına vahid forma verilsə də, onları bir-birindən fərqləndirmək üçün geyimlərinin üzərinə inisiallar vurulacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs