Əlaqə Arxiv
news Image
2014.05.12
12:30
| A A A
Murmanskdakı Azərbaycan diasporunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə tədbir həsr olunub

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk regional bölməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir keçirmişdir.

ÜAK-ın Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) mətbuat katibi

Əlihüseyn Şükürovun "SABAHİNFO"ya verdiyi məlumata görə, 

tədbirdə ÜAK-ın Murmansk bölməsinin şura üzvləri, RAGB fəalları və yerli KİV nümayəndələri iştirak etmişlər.

ÜAK-ın Murmansk vilayət bölməsinin sədri və region üzrə İctimai Palatanın üzvü Afil Hüseynov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan və Rusiya tarixində rolu barədə məlumat vermişdir. O qeyd etmişdir ki, Ulu Öndərin müdrik siyasəti sayəsində hələ sovet hakimiyyəti illərində Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılmışdı. Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra ölkəmiz öz Silahlı Qüvvələrini yaratmış, onların formalaşmasında bu məktəb xüsusi rol oynamışdır.

Afil Hüseynov Azərbaycanın sürətli iqtisadi inkişafı və hərbi potensialının möhkəmlənməsi barədə söhbət açaraq qeyd etmişdir ki, Azərbaycan Cənubi Qafqazda lider ölkədir. O, ana dilimizin dövlət dili kimi tətbiq edilməsində, onun imkanlarının genişləndirilməsində və Azərbaycan xalqının ən böyük sərvəti kimi qiymətləndirilməsində Heydər Əliyevin şəksiz mühüm rol oynaması məsələsinə də toxunmuşdur.

O demişdir ki, Azərbaycan mədəniyyətinin və bizim zəngin tarixi irsimizin dünya ictimaiyyətinə təqdim edilməsi Heydər Əliyevin ən dəyərli xidmətlərindən biridir. Məhəmməd Füzulinin 500 illik, "Dədə Qorqud" eposunun 1300 illik yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət etməklə, beynəlxalq mədəni ictimaiyyətlə əməkdaşlığın yeni formalarının bərqərar olmasına şərait yaratmışdır.

Heydər Əliyev müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə onun yaratdığı və inkişaf etdirdiyi Azərbaycan diasporu öz tarixi Vətəni ilə sıx bağlı olduğunu nümayiş etdirir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar Azərbaycan Respublikasını özlərini Vətəni hesab edir, onu milli ruh, milli-mənəvi dəyərlər və milli mədəniyyət məbədi kimi qəbul edərək azərbaycançılıq ideyası ətrafında sıx birləşmişlər. Bütün bunlar Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.

ÜAK-ın və RAGB-nin fəalları ümummilli lider Heydər Əliyevin qısa müddətdə Azərbaycanı iqtisadi cəhətdən tənəzzülə uğrayan, inflyasiyanın və işsizliyin sürətlə artdığı, ümidsizlik ab-havası yaranmış ölkədən iqtisadi və mədəni inkişaf yoluna qədəm qoymuş, xarici investisiyalar üçün açıq olan və iri beynəlxalq layihələrdə iştirak edən bir dövlətə çevirməyə nail olması haqda söhbət açmışlar.

Tədbir iştirakçılarına "Azerbaydjanskiy konqress" qəzetinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş nömrəsinin, "Baku" və "İrs-Naslediye" jurnallarının nüsxələri paylanmışdır.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında filmlər göstərilmişdir.






Sizin Reklam Yeriniz