news Image
2014.05.12
17:55
| A A A
Azərbaycanda 17 yaşlı qız yoxa çıxıb

Azərbaycanda 17 yaşlı qız itkin düşüb.Lent.az-ın məlumatına görə, Salyan rayonunun Kürqaraqaşlı kənd sakini Tərbiyə Eyvazova rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 19.04.2014-cü il tarixdə saat 18 radələrində onunla birlikdə yaşayan qızı, 05.02.1997-ci təvəllüdlü Eyvazova Nuranə Saleh qızının heç kimə bir söz demədən naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmadığını bildirib. İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 55 santimetr, orta bədən quruluşlu, sarışın, gözləri qəhvəyi, saçları şabalıdı rəngdədir.

Sonuncu dəfə əynində qara şalvar, narıncı rəngli qısaqol köynək, qara rəngli pencək, ayağında qara ayaqqabı olub. Nuranə Eyvazovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (021) 255-51-83, (021) 255-51-12 nömrəli şəhər, eyni zamanda, (050) 381-18-99 və (050) 341-49-64 nömrəli mobil telefonlara zəng edərək Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs