news Image
2014.05.13
10:48
| A A A
Qaz İdarəsinin müdirinə qarşı seks İTTİHAMI-VİDEO
Gəncə Qaz İstismarı İdarəsinin müdiri Rauf Qasımovla bağlı ilginc iddia irəli sürülüb.  Gəncə şəhər sakini Mina Mirzəyevaya Rauf Qasımovun ona cinsi əlaqə təklif etdiyini və bunun müqabilində ona yaxşı gün-güzaran, ailə üzvülərinə maddi cəhətdən köməklik edəcəyini bildirib.   M.Mirzəyeva "Moderator.az" saytına bildirib ki,  R.Qasımov ona "ya mənimlə intim əlaqədə olmalısan, ya da ki, "maddə" ilə səni işdən qovacam" deyib.    R.Qasımov əvvəllər Naxçıvan Muxtar Respubilkasın Daxili İşlər Nazirliyində çalışıb. Məlumata görə o, bu cür hərəkətlərinə görə də polis sıralrından xaric edilib.    Teleqraf.com M.Mirzəyevanın iddialarına aydınlıq gətirmək üçün R.Qasımovun özü ilə əlaqə saxlayıb.  İdarə müdiri bildirib ki,  o, şərəf və ləyaqətinin tapdanılması iddiası ilə məhkəməyə müraciət edib: "İki ay bundan öncə polisə və məhkəməyə  müraciət etmişəm ki,  bu qadın məni şantaj edir.  İşinin öhdəsindən gələ bilmirdi, bir neçə dəfə töhmət alıb. Axırda öz ərizəsilə işdən çıxdı. Yenidən işə düzəlmək üçün bizə müraciət etdi. Bildirdik ki, yer yoxdur.  Sonra başladı məni şantaj etməyə. Onun şantajları ilə bağlı araşdırma gedir".