news Image
2014.05.13
11:17
| A A A
Anasını soyundurmağa qoymayan 2 yaşlı uşağı yandırdı
Rusiyanın Nijeqorod vilayətində azyaşlı uşağı amansızcasına qətlə yetirən 54 yaşlı kişiyə hökm oxunub. Məhkəmənin qərarına əsasən, o, ömrünün 18 ilini "dəmir barmaqlıqlar" arasında keçirəcək. Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, 18 noyabr 2013-cü ildə Naçenye kənd sakini olan qadın özünün iki yaşlı oğlu ilə həmin kişinin evinə qonaq gəlib. Onlar birlikdə spirtli içki qəbul ediblər. Bundan sonra ev sahibi gənc qadına onunla gecələməyi təklif edib. Qadın bu təklifə razılaşıb.   Daha sonra kişi gənc qadınla cinsi əlaqədə olmaq istəyib. Lakin 2 yaşlı uşaq ona mane olub. Uşağa qəzəblənən ev sahibi ayağı ilə uşağı qaldıraraq taxta stula çırpıb. Başından zədə alan uşaq yerindəcə keçinib.   "Onun öldüyünə əmin olan ev sahibi cinayətin izini itirmək üçün daha ağır cinayətə əl atıb. Belə ki, o, uşağı sobaya ataraq, yandırıb, daha sonra döşəmənin qanını silib", - istintaqın yaydığı press-relizdə bildirilir.   Elə həmin gün ölən uşağın atası vətəndaş nikahı ilə yaşadığı gəzəyən arvadını axtarmağa başlayıb. O, həmkəndlisinin evinə gəlib və uşağın yanmış cəsədini sobanın içindən tapıb. Arvadının isə həmkəndlisinin çarpayısında yatdığını görüb.   Ölən uşağın atası hadisə yerinə qonşuları və polisi çağırıb. Cinayəti törədən şəxs həbsə alınaraq, azyaşlını öldürdüyünə görə məhkum edilib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs