Əlaqə Arxiv
news Image
2014.05.13
13:36
| A A A
İntim yerlərinə "tatu" etdirən qadınlara ciddi təhlükə
Döymə ustası Kazım: "1000 manata, hətta 2000 manat etdiyimiz döymələr də var"

Qızmar yay günləri hələ qabaqda olsa da, indidən çimərlikdə dincəlməyi, açıq-saçıq geyimlərlə yayın "dadını" çıxarmaq istəyənlər gözəllik salonlarına üz tutur. Movqe.az-ın apardığı kiçik araşdırma zamanı məlum olub ki, havaların isinməsi gözəllik salonlarında döymə üçün üz tutanların sayını artırıb. Bir vaxtlar Afrikada qəbilə və tayfa üzvlərinin bədənində gördüyümüz döymələrə indi küçədə gənc qız və oğlanlarda da rastlaşırıq.  "Orxideya" gözəllik salonunun həkim kosmetoloqu Xuraman Ağabalayeva Movqe.az-a açıqlamasında bildirib ki, döymə dəb halını alsa da, bədəninin istənilən yerinə müxtəlif şəkil çəkdirmək istəyndə olanlar diqqətli olmalıdırlar: "Dəb üçün sağlamlığı arxa planda qoymaq olmaz. Xüsusilə gənclər döymə etdirərkən istifadə edilən mürəkkəbin keyfiyyətinə belə fikir verməlidirlər. İndi müxtəlif salonlarda döymə müxtəlif qiymətlərə təklif olunur. Unutmaq lazım deyil ki, döymənin qiymətinə həmin mürəkkəbin qiyməti də təsir edir. Mən döymə üçün salonlara müraciət edən oğlan və qızlara tövsiyyə edirəm ki, mürəkkəbin nə dərəcədə keyfiyyətli olmasını təsdiq edən sənəd tələb etsinlər. Yəni məşhur firmaların istehsal etdiyi mürəkkəblərdən istifadə edilməsini tələb etsinlər. Çünki, ucuz və keyfiyyətsiz mürəkkəblər bədəndə alergiyaya səbəb ola bilər. Üstəlik alergiyası olan həssas dərili insanlara döymə məsləhət deyil".

X. Ağabalayeva deyir ki, döymə zamanı alətlərin gigiyenik olması şərtdir: "Ən birinci döymə zamanı birdəfəlik iynələrdən istifadə olunmalıdır. Amma bu da təhlükəsizliyə tam təminat vermir. Əgər mürəkkəb bir neçə müştəriyə istifadə edilirsə, iynəni dəyişmək təhlükəsizliyə zəmanət vermir. Çünki, bir müştərinin bədəninə döydürdüyü iynə həmin mürəkkəbə salınaraq istifadə edilir. İynə atılsa da, infeksiya mürəkkəbdə qala bilər. Ona görə, də hər müştəriyə döymə üçün ayrıca mürəkkəbin açılıb istifadə edilməsi şərtdir".

X. Ağabaleyavın sözlərinə görə, son vaxtlar gənc qızlar arasında müxtəlif döymə şəkillərinə təlabat yaranıb ki, bunlardan da ən çox istifadə ediləni ürək, ulduz, kəpənək formalı fotolardır: "Gənc qızlar ürək, ulduz, kəpənək şəkillərini ayaq, qol, göbək, ombanın üst nayihələrinə, sinələrinə döydürürlər. Çimərlik mövsümü öncəsi isə bədənin görünməyən yerlərinə, yalnız çimərlik geyimlərində görünən nayihələrə də döymələr etdirilir. Mən gənc xanımalara məsləhət görürəm ki, intim yerlərə döymələr zamanı xüsusilə diqqətli olsunlar. İntim yerlərə döymələrdə kiçik bir səhv onları ən təhlükəli xəstəliklərlə üz-üzə qoya bilər. Ümumiyyətlə döymələr zamanı SPİD, hepatit kimi qorxulu xəstəliklərin keçmə ehtimalı yüksəkdir. Əgər qadınlar intim yerlərində döymə etdirirlərsə, bu zaman xüsusilə həssas olmalıdırlar ki, qadın cinsiyyət üzvü yolu ilə infeksiya bədənə yayıla bilər".

Mütəxəssis son zamanlar oğlanların "tatu" etdirməyə görə, xanımlardan heç də geri qalmadığını söyləyir: "Gənc oğlanlar, hansısa quşun qanadlarını, qəhrəmanların simvolik rəmzlərini sinə, qol nayihələrinə döymə etdirirlər. Bir də görürsən ki, çimərlik mövsümü üçün oğlanlar kürəklərini başdan-başa hansısa gözəllik ilahəsinin rəsmi ilə bəzətdirirlər. İndi müasir oğlanlar arasında "tatu"ya tələbat çoxalıb. Ona görə də, oğlanlar da "tatu" etdirərkən gigiyenik məsələlərə diqqətlə yanaşmalıdırlar. 

Movqe.az bədənin müxtəlif nayihələrinə döymələrin qiyməti ilə maraqlanıb. "Old star" tatu studiyasının döymə ustası Kazım Movqe.az-a  açıqlamasında bildirib ki, 50 manat olduğunu bildirdi. Həmsöhbətimiz deyir ki, kiçik ölçülü bəsit şəkilləri 30 manata bədənə döyən ustalar da var: "Amma biz işimizi keyfiyyətlə görürük. Bizim istifadə etdiyimiz mürəkkəblər də keyfiyyətlidir. Ona görə də işimizi zəmanətlə görürük. Alətlərimiz steril olur, gigiyenik baxımdan tam tələblərə cavab verir".

Usta döymələrin qiymətlərinin şəklin həcminə və çətinliyinə görə dəyişdiyini bildirdi: "Elə döymə var ki, qiyməti 200, eləsi də var 500 manatdır.Amma 1000 manata, hətta 2000 manat etdiyimiz döymələr də var. Bu döymələrin qiyməti ona görə baha olur ki, bir neçə seansa başa gəlir. Ona görə də qiymət baha olur. Sonsuzluğu əks etdirən döymələr baha olur".

Kazım usta deyir ki, indi gənc qızlar ən çox bədənin göbək, kürək, sinə və bikini hissələrinə döymə etdirirlər.  


 

      












































































Sizin Reklam Yeriniz