news Image
2014.05.13
13:02
| A A A
Xaricdə təhsil üçün sənəd qəbulu başladı

"2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci tədris ili üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq istəyən gənclər üçün sənəd qəbulu başlayır. Movqe.az xəbər verir ki, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında bildirib ki, xarici ölkələrdə təhsil almaq üçün sənəd qəbulu mayın 20-dən avqustun 8-dək elektron qaydada aparılacaq. Bu barədə namizədlərə müsabiqədən keçmək üçün əlavə məlumatın veriləcəyini deyən C.Valehov qeyd edib ki, müsabiqədə iştirak edənlər elektron qaydada təqdim etdikləri sənədlərin əslini də Təhsil Nazirliyinə təqdim etməli olacaqlar: "Dövlət Proqramının təqaüdçüləri bakalavriat səviyyəsi üzrə təhsil almaq üçün 29, magistratura, doktorantura və rezidentura səviyyəsi üzrə isə 35 yaşadək olan Azərbaycan vətəndaşları sırasından seçilirlər. 2014-2015-ci tədris ilində dövlət proqramı çərçivəsində seçilən xaricdəki ali məktəblərinin birindən təhsil almaları üçün qəbul üçün məktub alan gənc və hazırda təhsil alan iddiaçılar xaricdə təhsil almaq üçün sənədlərini təqdim edə bilərlər. Şəffaflığı təmin etmək məqsədilə xaricdə təhsil almaq iddiaçıların müsabiqəsində bu ildən başlayaraq, audio-video çəkiliş aparılacaq. Bununla da prosesin hansı qaydada şəffaf aparıldığı audio-video çəkilişlərlə təsdiq olunacaq".

Nazirlik rəsmisi rezidentura səviyyəsi üzrə bu ildən mövcud olacaq bəzi yenilikləri də açıqlayıb. Azərbaycanda tibb təhsili alan gənclərin çoxunun Almaniyada rezidentura təhsili almaq istədiyini deyən C. Valehovun sözlərinə görə, Almaniyada səhiyyə sahəsində qanunvericilikdə müəyyən dəyişikliklər olduğundan bu ölkədə rezidenturaya qəbul üçün də müəyyən dəyişikliklər var: "Almaniyanın səhiyyə qanunvericiliyində 1 aprel 2012-ci il tarixli dəyişikliklərlə əlaqədar həmin ölkədə dövlət proqramı çərçivəsində rezidentura səviyyəsi üzrə təhsil almaq üçün yalnız Almaniyada aprobasiya imtahanını müvəffəqiyyətlə vermiş, universitet klinikalarında işçi müqaviləsi imzalamış tələbələrin sənədləri qəbul ediləcək".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs