Əlaqə Arxiv
news Image
2012.06.28
12:10
| A A A
Kolanın bilinməyən sirrləri

Movqe.Az bildirir ki, Fransa Milli İstehlak Təşkilatının araşdırmasına görə, 19 kola məhsulunun çoxunda litr başına 100 qram şəkərə rast gəlinib. "Light"lardaki dadlandırıcıların da sağlamlığa zərərli olduğu məlum olub. Və ən əsası kolalarda çox aşağı miqdarda da olsa spirt tapılıb.

Fransada edilən elmi bir araşdırma, şəkər anbarı kolanın köklük xəstəliyinə gətirib çıxardığını məlum edib. "60 Millons da consommateurs" (60 Milyon İstehlakçı) adlı jurnal, Fransa Milli İstehlak Təşkilatının (INC) kolalı içkilər üzərində apardığı araşdırmasının nəticələrini açıqlayıb.

Ən böyük təhlükənin koladakı şəkər miqdarıyla əlaqədar olduğunu ifadə edən INC, 19 kola markası (Coca-Cola, Pepsi, Auchan, Cora, Casino, Leader Price, Man u-Cola, v. b.) üzərində etdiyi araşdırmada, şəkər, dadlandırıcı, qatqı maddələri, kafenin və spirtə rast gəlindiyini açıqlayıb.

Tədqiqatçılar laboratoriyadakı araşdırmada darçın, hindqozu və sitrus bitkiləri kimi bəzi bitki və meyvələrin tapıntılarının da olduğunu aşkar ediblər.

Təşkilat, bəzi insanların bu bitki və meyvələrə qarşı alergiyaları olduğunu xatırladaraq, gedərək artan qida allergiyalarının bir səbəbinin də kola ola biləcəyini qeyd edib.

Sizin Reklam Yeriniz