news Image
2012.06.28
14:30
| A A A
“Microsoft” binasına hücum edilib

Movqe.az xəbər verir ki, "Microsoft"un Yunanıstanın paytaxtı Afinadakı mərkəzinə hücum təşkil edilib. Sabaha yaxın piknik balonları və plastik bidonlarla dolu yük maşını şirkətin giriş qapısına doğru hərəkət edib. Təcavüzkarlar təhlükəsizlik işçilərini hədələyəndən sonra  yük maşınındakı balonların bir qisimini atəşə verib. Partlayış nəticəsində binanın giriş hissəsinə ciddi ziyan dəysə də, ölən ya da yaralanan olmadığı bildirilib. Yük maşınının oğurlanmış olduğunu təyin edən polis hadisələ əlaqədar geniş miqyaslı istintaq başladıb. Digər tərəfdən səhər radio və TV stansiyasını axtaran, şəxsiyyəti təyin olunmayan bir şəxsin Konstitusiya Məhkəməsi binasına  bomba yerləşdirdiyi deyilib. Bombanın 40 dəqiqə ərzində partlayacağını söylənilib. Bu xəbər nəticəsində Konstitusiya Məhkəməsi binası boşaldılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs