Əlaqə Arxiv
news Image
2012.06.29
14:13
| A A A
Meşə yanğınında 346 ev kül oldu

Movqe.Az xəbər verir ki, ABŞ-ın orta qərbindəki Kolorado əyalətində keçən həftənin şənbə günündən başlayan və sürətlə yayılan meşə yanğınında 346 evin kül olduğu bildirilib. Əyalətin ikinci böyük şəhəri olan Kolorado Springsin bələdiyyə başçısı Stiv Bax, son illərdə əyalətdə baş verən ən böyük meşə yanğını səbəbiylə 30 mindən çox adamın çıxarıldığını açıqlayıb. Yüzlərlə xilasedicinin günlərlə davam edən səylərinin ardından idarə altına alınan yanğın,  67 kvadrat kilometrlik bir sahəyə təsir edib və təxminən 3,5 milyon dollar ziyana səbəb olub. Yanğınsöndürmə işlərinin davam etdiyi şəhərdə iştirak edən Hava qüvvələri Akademiyasının bir qisiminin də zərər gördüyü məlum olub. Prezident Barak Obama, fəlakət bölgəsi elan edilən Kolorado Springs və Larimer şəhərlərinə federal fondlardan kömək ediləcəyini açıqlayıb. Obama, bu gün fəlakətdən təsirlənən şəhərləri ziyarət edəcək. 257 evin külə döndüyü Larimer şəhərində 1 nəfər həlak olub.

Sizin Reklam Yeriniz