news Image
2012.07.01
17:20
| A A A
İranın BMT-dəki nümayəndəsi: “Tehran “altılıq” ölkələri ilə əməkdaşlığa hazırdır”
"Fordo", "Nətənz" də daxil olmaqla, İranda olan bütün nüvə obyektləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında fəaliyyət göstərir

APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai bildirib. 

Onun sözlərinə görə, rəsmi Tehran hər bir şübhənin aradan qaldırılması üçün əməkdaşlığa hazırdır: "İrana qarşı təzyiqlərə baxmayaraq, nüvə proqramının siyasiləşdirilməsi qəbul olunmayacaq. AEBA-nın bütün hesabatlarına əsasən, İranın nüvə proqramında heç bir yayınma olmayıb. Bununla belə, bir sıra Qərb ölkələri sanksiyalardan istifadə etməklə İrana qarşı təzyiqləri artırırlar. Lakin İran xalqı ötən 30 ilə ərzində sanksiyaları necə qarşılayacağını, öz haqqından bir addım da geri çəkilməyəcəyini öyrənib. Onların nüvə cəbbəxanaları barədə danışan yoxdur. Amma həmişə heç bir silaha malik olmayan İrandan hamı danışır. Bu isə İranın nüvə proqramının siyasiləşdirildiyini sübut edir". 

M. Xəzai deyib ki, İranın nüvə proqramı ilə bağlı müzakirələr ABŞ və Avropa Birliyinin ağır iqtisadi sanksiyaları səbəbindən kritik bir mərhələyə daxil olub: "ABŞ və Avropa Birliyi İranla məntiqli dialoq qurmaq istəmir. BMT Təhlükəsizlik Şurasının üzvləri də siyasi səbəblərdən dolayı uzlaşma üçün kifayət qədər səy göstərmir. İran iqtisadi sanksiyaların zərəri nə olursa-olsun, mövqeyində hər hansı dəyişiklik etməyəcək". 

O əlavə edib ki, İran nüvə obyektlərinin inşası və dizaynı məsələsində "altılıq" ölkələri ilə əməkdaşlıq etməyə hazırdır: "İranın "altılıq" ölkələri ilə yüngül su reaktoru, reaktorların təhlükəsizliyi, möhkəmliyi və nüvə məhsulları məsələsində əməkdaşlıq etməyə qapısı açıqdır".
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs