news Image
2014.06.01
12:02
| A A A
Türkiyəli rejissor Bakıya köçür (FOTO)
İki gündür paytaxtımızın qonağı olan Türkiyənin tanınmış rejissoru Biray Dalkıran ölkəmizdən razılığını bildirib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, "Əraf", "Cənnət", "Cəhənnəm 3D", "Mənə bir soyğun yaz", "Pəri nağılı", "Mələklərin möcizəsi" kino filmlərinin, "Qazi", "Sübut" seriallarının və 100-dən çox klipin rejissorluğunu etmiş Biray Dalkıran yeni layihəsi üçün Azərbaycandadır.

İki gündür paytaxtımızda olan rejissor, artıq Bakıda ilk çəkilişlərə də başlayıb. Şəhərimizdə qonaq olan rejissor, həmçinin paytaxtımızdan və onun qonaqpərvərliyindən razılığını qeyd edib.

Bundan başqa Biray Dalkıranın azərbaycanlı klipmeyker və prodüser Zoriklə (Zöhrab Ağayev) də ortaq iş həyata keçiriləcəyi gözlənilir. Azərbaycanda da sevilən rejissora, hətta yerli prodakşlardan biri tərəfindən kirayə ev axtarılmağa başlanıb. Artıq rejissorun bir ayağının Türkiyədə, bir ayağının Azərbaycanda olacağı görülür. 

Özünü Bakıda çox xoşbəxt hiss edən Biray Dalkırana Azərbaycanda dəstək çıxanlardan biri də rejissorun Türkiyədə yaşayıb fəaliyyət göstərən dostu, tanınmış model Günay Musayeva olub. 

Qeyd edək ki, sözügedən sənədli filmin çəkilişləri üçün ilk olaraq Pekinə gedən Biray Dalkıran yaradıcı heyətlə birlikdə başladığı işi Pekindən başlayaraq Londonda sona çatdıracaq. Sənədli filmin ilk çəkilişlərinin Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərində çəkilməsi planlaşdırılıb.







Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs