news Image
2014.06.01
13:00
| A A A
Telefon üçün özlərini ayaqyoluna atdılar
Çində ayaqyoluna düşən mobil telefon 2 nəfərin ölümünə səbəb olub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Çinin Henan vilayətinin Xinxiang kəndində ayaqyoluna düşən mobil telefon ailə faciəsinə gətirib çıxarıb.

2000 yuan (təqribi 251 manat) dəyərində olan mobil telefonun axtarışlarında, ümumilikdə 6 nəfər iştirak edib.

Belə ki, Çində bir kişi həyat yoldaşının ayaqyoluna düşən mobil telefonunu çıxarmaq üçün özünə quyuya atıb. Lakin fosseptik buxarlarından boğularaq şüurunu itirib. Bunu görən anası oğlunu qurtarmaq üçün quyuya tullanıb və o da şüurunu itirib. Daha sonra kişinin həyat yoldaşı ilə atası da özünü quyuya atıb. 

Onların köməyinə iki qonşu da gəlib. Lakin bütün səylər nəticəsiz qalıb. Kənd sakinləri quyudakı 6 nəfəri çıxarmaq üçün qalın kəndirdən istifadə ediblər. Şüurunu itirən ailə üzvlərinin isə öldüyü bildirilir.

Hadisə şahidləri bütün bu baş verənlərin bir neçə dəqiqə içərisində yaşandığını söyləyiblər. Tragediyaya səbəb olan mobil telefonun isə tapılıb-tapılmadığı bəlli deyil.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs