Əlaqə Arxiv
news Image
2014.06.01
14:23
| A A A
Hərbçilərimiz Almaniyaya gedir
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 2-dən başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 6-dək Almaniyanın Oberammerqau şəhərində iki kurs, adi silahlara nəzarət üzrə informasiya mübadiləsi kursu və NATO Qərargah zabitləri üçün tanışlıq kursu keçirilməsi nəzərdə tutulub. 

Yunanıstanın Xaniya şəhərində "Dənizdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması əməliyyatlarında kütləvi qırğın silahları ilə mübarizə" kursu, Sloveniyanın Lyublyana şəhərində İnformativ Hərbi Attaşe həftəsində və "Adriatik Strike 2014" təlimində müşahidəçi qismində iştirak da iyun ayının 6-dək davam edəcək. 

İyunun 13-dək Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən Predeal şəhərində (Rumıniya) Axtarış və xilas etmə kursu, Budapeşt şəhərində (Macarıstan) Qərargah zabitləri üçün hərbi terminologiya kursu, Kielce şəhərində (Polşa) "NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi" kursu olacaq.

Ayın 20-dək isə Szolnok şəhərində (Macarıstan) "27-ci Beynəlxalq hərbi müşahidəçi" kursu və Qarmiş- Partenkirxen şəhərində (Almaniya) Dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.
Sizin Reklam Yeriniz