news Image
2014.06.01
14:05
| A A A
ABŞ-dan Çinə etiraz (VİDEO)
Amerika Birləşmiş Ştatları Çinin Cənub Dənizində qanunsuz fəaliyyətini sərt şəkildə tənqid edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Çak Heygel İndoneziyada keçirilən beynəlxalq təhlükəsizlik konfransına qatılıb. 

Konfransda çıxışı zamanı Heygel qeyd edib ki, rəsmi Pekinin cənub dənizindəki fəaliyyəti regionda gərginliyin artmasına səbəb olur. Onun sözlərinə görə, Çin regionda stabilliyi pozmağa davam edərsə, Amerika hökuməti bu barədə ənənəvi tədbirlər görəcək.

Məsələ ilə əlaqədar Heygel ilə çinli rəsmilər arasında görüşlər olub. General-leytenant Vanq Quanjonq Heygelin regiondakı vəziyyətlə bağlı əsassız fikirlər səsləndirdiyini bildirib.

Çinin cənub dənizində Vyetnam ilə mübahisəli sularda neftçıxarma qurğuları yerləşdirmək cəhdi tərəflər arasında qarşıdurmalara səbəb olub. Çin hərbi dəniz qüvvələrinə məxsus gəmilər bir neçə dəfə hökumətin fəaliyyətinə mane olmağa çalışan Vyetnam gəmilərinə hücum edib.

Sözügedən sular üzərində Vyetnam ilə yanaşı, Filippin, Bruney, Malayziya və Tayvan da iddialıdır.

Yaponiyanın baş naziri Sindzo Abe regionda təhlükəsizliyi təmin etmək məqsədilə tədbirlər görəcəyini və cənub-şərqi Asiya ölkələrinə dəstək olacağını açıqlayıb. Nazirin bu çıxışı Vyetnam tərəfindən alqışlarla qarşılanıb.

Sindzo Abe Çinin Yaponiyaya qarşı yaratdığı təhlükəni isə "mif" adlandırıb.




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs