news Image
2014.06.01
14:13
| A A A
Taliban amerikalı serjantı azadlığa buraxdı (VİDEO)
Əfqanıstanda Taliban silahlı qruplaşmasının əlində əsir olan yeganə amerikalı serjant azadlığa buraxılıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, əfqan silahlıları Baui Berqdalı Amerika Birləşmiş Ştatlarına məxsus Quantanamo həbsxanasında saxlanılan 5 əfqan məhbusla mübadilə etməyə razılıq vermişdilər. 

Serjant ötən gün Pakistan sərhədində Amerika hərbiçilərinə təhvil verilib. Rəsmilərin sözlərinə görə, mübadilə gizli şəkildə baş tutub və proses zamanı zorakılıq müşahidə olunmayıb.

Mübadilədən əvvəl 28 yaşlı Berqdal videoismarıc vasitəsilə fiziki cəhətdən sağlam olduğunu göstərmişdi.

Əsgərin ölkəyə qayıdışına prezident Barak Obama da reaksiya bildirib. 

Ağ Evdə çıxışı zamanı Obama Amerika hərbi qüvvələrinin heç bir zaman öz əsgərini geridə qoymadığını qeyd edib. Serjantın valideynləri hökumətin dəstəyinə görə, Obamaya təşəkkür ediblər.




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs