news Image
2014.06.01
15:00
| A A A
Yağış Rusiyanın bu bölgəsini viran qoydu (VİDEO)
Rusiyanın Altay Respublikasında yağan aramsız yağışlar daşqınlara səbəb olub. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, daşqın suları əsasən, Çemalski rayonunda irimiqyaslı fəsadlar törədib. Rəsmilərin məlumatına görə, təbii fəlakət nəticəsində 2 nəfər ölüb.

Dağlıq və dağətəyi bölgələrdə yüzlərlə evi, yollar və körpüləri su basıb. Avtonəqliyyatın hərəkəti tamamilə iflic vəziyyətinə düşüb. Yerli sakinlər təkcə kiçik qayıqlar vasitəsilə hərəkət edə bilirlər. Elektrik şəbəkələrinin sıradan çıxması nəticəsində region əhalisi işıqsız qalıb.

Hökumət daşqınlarla əlaqədar Altay Respublikasında fövqəladə vəziyyət elan edib. Suların əsarətində qalanların təxliyə edilməsi üçün əməliyyatlar başladılıb. Xilasedicilər ucqar bölgələrə helikopterlər vasitəsilə daxil olublar.

Məlumata görə, təbii fəlakət nəticəsində 1448 ev yararsız hala düşüb.

Oxşar təbiət hadisəsi Tuva Respublikasında da yaşanıb. Burada daşqınların səbəb olduğu fəsadlar 4 nəfərin həyatına son qoyub.






Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs