Əlaqə Arxiv
news Image
2014.06.01
17:04
| A A A
Rubl Krımda tək rəsmi valyuta oldu
İyunun 1-dən etibarən Rusiya rublu Krımda və Sevastopolda vahid rəsmi valyuta olub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Krım İqtisadi İnkişaf və Ticarət Nazirliyinin rəsmi saytında bildirilib. Ukrayna qrivnası isə xarici valyuta statusunu alıb.

Bazar günü mağazalarda qiymət cədvəlləri rublla qeyd olunub, şəhərarası və şəhərətrafı nəqliyyatda da ödənişlər sadəcə rublla həyata keçirilib. Yeni tariflər ötən gün yerli hakimiyyət tərəfindən təsdiq edilib.

Həmçinin, respublikada maaşlar, pensiyalar, sosial maddi yardımlar, həmçinin mənzil kommunal xidmətlərinin ödəmələri üzrə hesablaşmalar vahid qanuni valyuta olan rublla həyata keçiriləcək.


Sizin Reklam Yeriniz