news Image
2014.06.01
16:06
| A A A
Türkiyədə seçki keçirilir
Türkiyədə 30 mart bələdiyyə sədri seçkisində səsləri ləğv edilmiş şəhər və rayonlar üzrə səsvermə keçiriləcək.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin Yalova və Ağrı bələdiyyə sədrlərinin də iştirakı ilə 14 seçki məntəqəsində seçicilər öz namizədlərinin adını seçki qutularına atacaqlar. 

Ağrı və Yalovada 155311 nəfər olmaqla, ümumilikdə ölkə daxilində təxminən 203000 nəfər yenidən səs verəcək.

Səsvermə prosesi 30 mart seçkilərində olduğu kimi - şərqdə 09:00-18:00, qərbdə isə 10:00-19:00 saatları arasında həyata keçiriləcək. 

Qeyd edək ki, Türkiyə Ali Seçki Komissiyası 30 martda baş tutan seçkilərdən sonra etirazların yaranmasına görə 13 yerdə seçki nəticələrini ləğv edərək, 1 iyunda yenilənməsinə qərar vermişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs