Əlaqə Arxiv
news Image
2014.06.01
18:00
| A A A
3 fəhlə 16-cı mərtəbədən yıxıldı (VİDEO)
İstanbulda yeni tikilən çoxmərtəbəli binalarının birində işçi ölümü baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İstanbulun Kartal rayonunda yeni tikilən çoxmərtəbəli binalarından birində işləyən 3 fəhlə, qurduqları dayaqların aşması nəticəsində 16-cı mərtəbədən düşərək ölüblər.

Bədbəxt hadisənin qurbanlarından ikisi qohum olub. Hadisə baş verən zaman dərhal təcili yardım çağırılıb. Lakin həkimlər işçilərin düşdükləri an canlarını tapşırdıqlarını bildirib. 

Hadisə yerində aparılan araşdırmalardan sonra işçilərin cəsədləri tibb ekspertizayaya göndərilib. 

Hadisə ilə əlaqədar istintaq başladılıb.


Sizin Reklam Yeriniz