news Image
2014.06.01
17:11
| A A A
Fələstinlilərlə İsrail polisi arasında qarşıdurma
Fələstinin Qərb Sahili bölgəsində məhbusların aclıq aksiyasına dəstək nümayiş etdirən fəallarla İsrailin təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar olub.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Aruba rayonunda baş tutan aksiyaya 5 mindən çox fəal qatılıb. Fəallar İsrail hökumətinə qarşı azadlıq şüarları səsləndirib, məhbusların sərbəst buraxılmasını tələb ediblər. Aksiya zamanı İsrail hərbi polisi gözyaşardıcı qazlar və səs qumbaraları ilə aksiyanı dağıtmağa çalışıb. Polis ona müqavimət göstərən bir neçə nəfəri həbs edib.

Hazırda İsrail həbsxanalarında haqsız yerə saxlanıldıqlarını iddia edən 240-dan çox məhbus aclıq aksiyası keçirir. Məhbuslar mühakimə olunmadan həbs olunmalarına qarşı etiraz edirlər.

İsrail həbsxanalarında, ümumilikdə, 5 mindən çox insan məhkum həyatı sürür. Həbs olunlanlar anti-İsrail fəaliyyətində ittiham olunurlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs