Əlaqə Arxiv
news Image
2014.06.01
20:05
| A A A
Türkiyə qarışdı: 20 yaralı
Türkiyənin bir sıra vilayətlərində təkrar bələdiyyə seçkiləri keçirilir. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, səsvermə prosesi 14 bölgədə keçiriləcək. Bundan başqa, Gəzi parkı hadisələrinin ildönümü ilə bağlı Türkiyədə yenidən etirazlar baş qaldırıb. Səhər saatlarından Gəzi parkı çevik polis alayları tərəfindən vətəndaşlara bağlı elan edilsə də axşam saatlarından etibarən Taksimdə və onun ətraf səmtlərində vəziyyət getdikcə gərginləşib.

Etirazçılara ilk müdaxilə dünən olub. Belə ki, Türkiyə saatı ilə 15:30-da Taksimdə toplaşmağa başlayan qruplara polis su şırnaqları sıxıb. Axşam 19-dan sonra isə bu mudaxilələr daha da sərtləşməyə başlayıb. Havada qaz bombaları uçub. Nəfəs almaq belə çətinləşib. Üzləri maskalı etirazçı qruplardan polislərə molotof kokteyli ve fişənglər atılıb.

Vəziyyətlə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, Gəzi hadisələrinin ildönümündə Taksim meydanına çıxmaq istəyənlərə xəbərdarlıq edib və bildirib ki, meydana çıxmaq istəyənlərə qarşı lazımi bütün tədbirlər həyata keçiriləcək.

Gecə yarısında isə İstanbulun əsas magistral yollarından birində etirazçı qruplar TIR sürücülərinin açarlarını zorla alaraq iritonajli maşınlarla yolları bağlayıb. Gecə boyunca İstanbulun Taksim, Beşiktaş, Kadıköy, Okmeydanı, Mecidiyyeköy səmtlərində, o cümlədən Türkiyənin Ankara, İzmir, Hatay, Diyarbəkir, Adana kimi şəhərlərində davam edib. 

ANS PRESS-in Türkiyə bürosuna verilən məlumatda bildirilib ki, sadəcə İstanbuldakı hadisələrdə 57 nəfər polis tərəfindən saxlanılıb, 20 nəfər isə yaralanıb.


Sizin Reklam Yeriniz