news Image
2014.06.01
19:07
| A A A
Bu ölkənin saytı Azərbaycandan yazdı (FOTO)
İtaliyanın "L’ultima ribattuta" xəbər saytında İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) prezidenti Manuela Traldinin və qurumun məsləhətçisi, iqtisadi və maliyyə məsələləri üzrə ekspert Renato Siniskalkinin ölkəmizlə bağlı fikrilərinin yer aldığı məqalə yerləşdirilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, yazıda vurğulanır ki, zəngin enerji ehtiyatları, mədəniyyət, ən son texnologiyaların tətbiqi, elmi araşdırmalar və digər sahələr Azərbaycanda sürətlə inkişaf edən sektorlardır.

M.Traldinin deyib ki, Azərbaycan ilə İtaliya arasında tərəfdaşlıq əlaqələrinin təbliği böyük əhəmiyyət kəsb edir. İkitərəfli münasibətlər dinamik inkişafdadır. Hər iki ölkənin sərmayəçiləri sənaye, texnologiya, kənd təsərrüfatı, telekommunikasiya və digər sahələrdə birgə layihələr həyata keçirməkdə maraqlıdırlar. 

Azərbaycanda mövcud əlverişli investisiya mühitindən söhbət açan M.Traldi vurğulayıb ki, bu ölkədə investisiyaların qorunması üçün müxtəlif qanunlar qəbul edilib.

Yazının müəllifi R.Siniskalkinin sözlərinə istinadla oxucuların diqqətinə çatdırır ki, Azərbaycan ən böyük neft istehsalçılarından biri kimi həm Avropa, həm də dünya üçün olduqca önəmli ölkədir. Bu baxımdan, Azərbaycanın İtaliya ilə əlaqələri də vacibdir. Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün əvəzsiz şərait yaradılıb.

Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:

http://www.lultimaribattuta.it/3688_baku-terreno-fertile-per-imprese

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs