Əlaqə Arxiv
news Image
2014.06.01
21:16
| A A A
Çeçenistanda Hafizlər məktəbindən reportaj (VİDEO)
Bu gün uşaqların hüquqlarının beynəlxalq müdafiəsi günüdür. 

Movqe.az  ANS TV-ə istinadən xəbər verir ki , Çeçenistanda Urus Martan Şəhərində yerləşən Hafizlər məktəbi artıq 4-cü belə məktəbdir. Respublikada ən böyük hafizlər məktəbində təhsil alan uşaqlara mükəmməl quran oxumaq öyrədilir. Məktəbdə təhsil alan uşaqlar Quranı öyrənməklə yanaşı, bir sıra xarici dildən də dərs alırlar. Məktəbdə digər şəhərdə yaşayan uşaqlar da təhsil alır. Quranı tam olaraq öyrənməyi qarşılarına məqsəd qoyan uşaqların sözlərinə görə, istəsələr gələcəkdə başqa sahələrə də yiyələnə bilərlər.

Ümumilikdə hafizlər məktəbində tədris müddəti 3 ildir. Hafiz olmaq istəyən sagirdlər Quranın 114 surəsini və bütün ayələri öyrənməli və əzbər bilməlidirlər. Çeçenistanda, ümumilikdə islam dinini tədris edən 20 mədrəsə və 2 universitet var.


Sizin Reklam Yeriniz