Əlaqə Arxiv
news Image
2014.06.01
22:25
| A A A
"Prezident" istefa vermədiyini dedi
Gürcüstanın separatçı Abxaziya regionunun de-fakto prezidenti müxalifət fəallarının onun istefa verməsi barədə dediklərini yalanlayıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Aleksandr Ankvab iyunun 1-də Rusiyanın İnterfax agentliyinə deyib ki, hər hansı istefa məktubu imzalamayıb. 

Xatırladaq ki, mayın 31-də Abxaz parlamenti spiker Valeri Bganbanı aralıq prezident postuna təyin edərək avqustun 24-də seçki keçiriləcəyini bildirib.

Ankvab bu tədbirləri qeyri-konstitusion adlandırıb.

Bganba mayın 31-də deyib ki, iyunun 1-də Abxaziyanın hazırkı prezidenti Aleksandr Ankvabla görüşəcək. Ancaq Ankvabın köməkçisi belə bir planın olmadığını söyləyib.

Ankvabın Qudauta hərbi bazasında qaldığı bildirilir. Mayın 27-də müxalifət onun ofisinə hücum çəkib, hökumətin buraxılmasını tələb edib.

Qeyd edək ki, Abxaziya Gürcüstandan ayrıldığını elan etsə də, ancaq bir neçə ölkə onu tanıyıb.


Sizin Reklam Yeriniz