news Image
2014.06.01
22:00
| A A A
Xeyriyyəçiliyə start verildi (VİDEO)
Beynəlxalq uşaq günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqətdən kənarda qoymayan Azərbaycan XOQ qrupu və Harli Devidson ailəsi kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlara Milli Qəhrəman Çingiz Müstafayevin adını daşıyan mərkəzdə bir neçə saat sevincli anlar yaşatdı. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Harli Devidson ailəsinin təşkilatçılığı ilə baş tutan xeyriyyə konsertinə Dövlət himni ilə start verildi. Bundan sonra səhnə azyaşlıların ixtiyarına verildi. Konsert proqramı başlayar-başlamaz baykerlər uşaq evinin sakinləri ilə birgə rəqsə qoşuldu. Səhnədə balaca skripkaçıların məharətli ifası nəinki həmyaşıdlarının, zaldakı bütün qonaqların gur alqışlarına səbəb oldu.

Azyaşlıların təqdimatında qurulan kompazisiyalar isə balaca tamaşaçıların daha çox diqqətini çəkdi. Bundan sonra uşaqların təqdimatında nağıl personajlarının qəhrəmanları səhnədə yer aldı.

Tıq-tıq xanım nağılına diqqətlə tamaşa edən uşaqlar öz həmyaşıdlarını ifasında qoyulan bu səhnəni böyük maraqla izlədi. Demək olar ki, bütün uşaqların ürəyincə olan cücələrim kampazisiyası isə balaca tamaşaçıların daha çox diqqətini çəkərək, uşaq evi sakinlərinin böyük sevincinə səbəb oldu. Milli rəqslərimizlə yanaşı uşaqların təqdimatında yer alan digər xalqların estrada musiqilərinin sədaları altında təqdim olunan rəqslər isə təbdirə daha da rəngarənglik qatdı.

Uşaq evinin sakinlərinin doyunca sevinib, əylənməsinə şərait yaradan XOQ Azərbaycan təşkilatının üzvləri bu bayram günündə kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla birgə olmalarından məmnunluqlarını bildirməklə bu bayram şənliyinin onlar üçün yaddaqalan bir gün olduğunu söylədilər. 

Konsertin sonunda Harli Devidson ailəsi uşaq evinin sakinləri ilə bərabər bütün personajlara da müxtəlif hədiyyələr təqdim etdilər. Azərbaycan motoskletçiləri bu gündən xeyriyyəçi bir ənənəyə start verildiyini söylədilər.

XOQ Azərbaycan qrupunun təşkilatçılığı və maliyyə dəstəyi ilə Uşaqların beynəlxalq müdafiə gününə həsr olunmuş tədbir personaj və iştirakçıların birgə rəqsləri ilə başa çatdı.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs